Xəbər lenti

Vilayət Eyvazovdan yeni təyinat
Ölkə05:52 18.03.2020

Vilayət Eyvazovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib. 
O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.