Xəbər lenti

Rəsulzadənin nəvəsi Dilqəm Əhmədə təşəkkür etdi (FOTO)
Ölkə07:25 16.04.2020

Rəsulzadənin nəvəsi Dilqəm Əhmədə təşəkkür etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən bu fotonu arxivdə görmüşdüm".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar rəssam Rais Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yeni tapılan fotosundan danışarkən deyib. Rais Rəsulzadə Rəsulzadənin sevənlərinin çox olduğunu deyib:
"Mən bu fotonu çoxdan hansısa arxivdə görmüşdüm. Tədqiqatçı jurnalist Dilqəm Əhməd onu tapıb və paylaşıb. Məhəmməd Əmin Rəsulzadəni istəyən çoxdur. Onu sevirlər, öyrənirlər. Mən Dilqəmə təşəkkür edirəm ki, Məhəmməd Əmin Rəsulzadəni öyrənir, araşdırır. Getdickə onun yeni fotoları və yaradıcılığı da tapılacaq".
Qeyd edək ki, tədqiqatçı jurnalist Dilqəm Əhməd şəxsi kolleksiyasından Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yeni fotosunu paylaşıb. D. Əhməd fotonun 1940-cı ildən əvvəl çəkildiyini ehtimal edib.
Bahar Rüstəmli