Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.
Qaynarinfo Oxu.Az-aistinadənxəbər verir ki, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb
Əmrə əsasən, Vüqar Süleymanov Aparat rəhbəri təyin edilib.
O, bundan əvvəl ETSN-də şöbə müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, keçmiş aparat rəhbəri Vüqar Kərimov bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.
Bununla bağlı ilk xəbəri Unikal.org yayıb.