Xəbər lenti

"Bandotdel" əməliyyat keçirdi, saxlanılan var
Ölkə09:56 25.04.2020

"Bandotdel" əməliyyat keçirdi, saxlanılan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron sakinində silah-sursat aşkarlanıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") əməkdaşlarının daxil olan məlumat əsasında Abşeron rayonu Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 ədəd "BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.