Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı son vəziyyət
Ölkə16:03 27.05.2020

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 325 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 280 663 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda 165 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 78 pasiyent sağalıb.