Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:29 14.06.2020

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-34, Bakıda  gecə 20-22, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz  35-45 faiz təşkil edəcək.  
15 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu  gecə 19-21, gündüz  34-39, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.