Xəbər lenti

Azərbaycanda koronavirusla bağlı son vəziyyət Açıqlandı
Ölkə17:43 22.06.2020

Azərbaycanda koronavirusla bağlı son vəziyyət Açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 22-nə olan statistik göstəriciləri açıqlayıb.
Qaynarinfo xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 5878 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 168 nəfər reanimasiyada, 35 nəfər isə süni tənəffüs cihazındadır.
Qeyd olunub ki, bu gün 4345 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 426 394 test aparılıb. Xatırladaq ki, bu gün Azərbaycanda daha 478 nəfər koronavirusa yoluxub, 369 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.