Xəbər lenti

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi
Ölkə08:01 10.07.2020

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. 
O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb. 
Faktı Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gendər bərabərliyinin qorunması müsbət qarşılanır.