Xəbər lenti

Azərbaycanda son 24 saatda koronavirusa yoluxanların statistikası
Ölkə12:40 15.07.2020

Azərbaycanda son 24 saatda koronavirusa yoluxanların statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.