Xəbər lenti

Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı
Ölkə16:42 17.07.2020

Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Qərar"ı imzalayıb.
Qaynarinfo xəbər verir ki, qərarda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2020-ci il iyul ayının 21-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələ verilsin:
2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.