Xəbər lenti

ÜST: Koronavirusa qarşı 25 namizəd peyvənd insan sınaqları mərhələsindədir
Ölkə11:50 31.07.2020

ÜST: Koronavirusa qarşı 25 namizəd peyvənd insan sınaqları mərhələsindədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirusa qarşı qınaq mərhələsində olan 25 namizəd peyvənd artıq insan sınaqları mərhələsindədir.  Peyvəndlərin 3-cü və 4-cü mərhələyə keçməsi gözlənilir”.
APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.
O bildirib ki, hazırda koronavirusa qarşı hazırlanma mərhələsində 265 namizəd peyvənd var: "Bəzi peyvəndlər 1-ci və 2-ci mərhələdədir. Onlar növbəti aylarda 3-cü mərhələyə keçəcək. Rusiyanın da namizəd peyvəndi barədə məlumatlıyıq. Nə qədər çox namizəd peyvənd olsa, uğur qazanmaq şansı o qədər çoxdur. Hazırda isə uğur qazanmaq səviyyəsi 10% civarındadır. ÜST peyvəndlər və digər vasitələr üçün qlobal çərçivə hazırlayıb”.