Xəbər lenti

Sabahın hava proqnozu
Ölkə09:04 01.09.2020

Sabahın hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  45-55 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
2 sentyabrdaərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti təşkil edəcək.   
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.