Xəbər lenti

Azərbaycanda zəlzələ oldu
Ölkə05:19 18.12.2020

Azərbaycanda zəlzələ oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Mingəçevirdə zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin maqnitudası 3 olub.
Yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.
Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.
Dekabrın 18-də Xəzər dənizində də maqnitudası 3.1 olan zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb. Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.