Xəbər lenti

Azərbaycanda həkim travmatoloq koronavirusdan vəfat etdi
Ölkə11:31 11.01.2021

Azərbaycanda həkim travmatoloq koronavirusdan vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyan rayonunda həkim travmatoloq koronavirusdan vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə,Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Ramazan Əhmədov bir müddət əvvəl koronavirusa yoluxub. 
Müalicəsi davam etsə də, vəziyyəti ağırlaşdığından onu Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq R.Əhmədov bu gün koronavirusdan dünyasını dəyişib.
Məlumatı Salyan Rayon Mərkəzi Xəstəxanasından redaksiyamıza təsdiq ediblər. Bildiriblər ki, həkim təxminən bir neçə saat əvvəl vəfat edib.