Xəbər lenti

Vasif Talıbovdan yeni təyinat
Ölkə06:09 09.04.2021

Vasif Talıbovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr müavini təyin edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə Xaliq Yunis oğlu Babayev təyinat alıb.
Xatırladaq ki, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC martın 17-də Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında yaradılıb. QSC-yə Sahil Abdulla oğlu Tahirli sədr təyin olunub.