Xəbər lenti

Daha bir şəhidimizin övladı dünyaya gəldi (FOTO)
Ölkə06:13 02.06.2021

Daha bir şəhidimizin övladı dünyaya gəldi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, 44 günlük müharibə zamanı şəhid olan Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qubat Əliyevin ikinci övladı dünyaya göz açıb. Körpəyə atasının adı verilib, onun səhhəti yaxşıdır.
Qeyd edək ki, Q.Əliyev ötən ilin sentyabrında könüllü olaraq müharibəyə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Q.Əliyev Şuşa ərazisində qəhrəmancasına şəhid olub.
Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.