Xəbər lenti

Bakıda yol çökdü
Ölkə12:20 02.06.2021

Bakıda yol çökdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) aidiyyəti şöbəsi artıq məlumatlandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli paylaşıb.
Onun sözlərinə görə, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək.