Xəbər lenti

Vaksinasiyadan keçənlərin sayı açıqlandı
Ölkə16:36 08.06.2021

Vaksinasiyadan keçənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 640 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5085 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 nəfərə çatıb.