Xəbər lenti

İcra başçısı birinci müavin təyin etdi (FOTO)
Ölkə06:03 24.06.2021

İcra başçısı birinci müavin təyin etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub
Qaynarinfo xəbər verir ki, bu barədə icra başçısı Nahid Bağırov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Süleymanov Mahmud Məhəmmədəli oğlu İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
O, bundan öncə M.Süleymanov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. 
Qeyd edək ki, Mahmud Süleymanov 1976-cı il tarixində İsmayıllı rayonu, Talıstan kəndində anadan olub. Naxçıvan Universitetinin İnzibati idarəetmə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarını bitirib.