Xəbər lenti

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
Ölkə06:40 29.06.2021

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Qaynarinfo-ya verilən məlumata görə, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1 139 168 m² (114 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.