Xəbər lenti

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ölkə10:45 08.08.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.