Xəbər lenti

Yeni şöbə müdiri təyin edildi
Ölkə12:23 08.08.2021

Yeni şöbə müdiri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvar Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb.
Müvafiq sərəncamla Xanlar Məmmədov icra aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, bu vəzifəyə qədər X. Məmmədov Biləsuvar Rayon İcra başçısının birinci müavini çalışıb.