Xəbər lenti

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Ölkə12:42 09.08.2021

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 9 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib, aktiv xəstə sayı 12 518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, ötən müddət ərzində isə ümumilikdə 4 123 715 test aparılıb.
Azərbaycanda son stukada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 511 doza vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 271, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 240 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 418 min 754-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 257 min 999 nəfərdir.