Xəbər lenti

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu
Ölkə19:05 09.08.2021

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.Qarşı tərəf cavab atəşi ilə susdurulub.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.