Xəbər lenti

Bu yollarda tıxac var (SİYAHI)
Ölkə05:20 11.08.2021

Bu yollarda tıxac var (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhər saatlarında Bakının bir çox küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq,Avtovağzal metro stansiyasının yaxınlığına qədər,20 Yanvar dairəsi istiqamətində) sıxlıq
2. Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə,Yol – nəqliyyat vasitələrinin çoxluğudur.
3. Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır.Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).
4. Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər,şəhər istiqamətində) sıxlıq
5. Heydər Əliyev prospekti – Əsas yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra,Bağırov körpüsü istiqaməti,eyni zamanda Şəhər mərkəzi istiqamətində) sıxlıq.