Xəbər lenti

Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə15:28 18.08.2021

Azərbaycan əhalisinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlin əvvəlindən ölkə əhalisinin sayı 20063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10139196 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə 1002 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.