Xəbər lenti

Kəlbəcər atəşə tutuldu
Ölkə05:55 26.08.2021

Kəlbəcər atəşə tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib. Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.