Xəbər lenti

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Ölkə16:27 10.09.2021

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 584 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 424 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 027 390 təşkil edir.