Xəbər lenti

Bakıda bu yollarda tıxac var (SİYAHI)
Ölkə05:13 24.09.2021

Bakıda bu yollarda tıxac var (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Bakının Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər nəqliyyatın hərəkətində sıxlıq var.
Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində də tıxac yaranıb.
Paytaxtın Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol  Atletlər kəndinin qarşısından mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.