Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelidən koronavirusla bağlı götürülmüş növbəti testin nəticəsi bəlli olub.
Bu barədə "Report"a 24 yaşlı hücumçunun anası Elnurə Emreli məlumat verib.
Onun sözlərinə görə, forvardın 3-cü analizinin cavabı da mənfi çıxıb.
13:59
Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin ikinci koronavirus testi mənfi çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə onun çıxış etdiyi Polşanın "Legiya” klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruk Tvitter hesabında paylaşım edib.
O bildirib ki, həkimlərin rəyinə əsasən ondan götürülən ikinci testin nəticəsi neqativ olub və Emreli özünü yaxşı hiss edir.
09:21
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.
UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək.