Xəbər lenti

Güclü külək olacaq (XƏBƏRDARLIQ)
Ölkə13:18 12.10.2021

Güclü külək olacaq (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, arabir 20 metrədək güclənəcək, oktyabrın 14-ü isə gündüz şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir 23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.