Xəbər lenti

Sabiq icra başçısının həbs müddəti uzadıldı
Ölkə08:48 22.11.2021

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla vəzifə cinayətləri ilə bağlı həbs olunan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qaynarinfo xəbər verir ki, Səbail Rayon Məhkəməsində sabiq icra başçının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmədə A.Məmmədov barəsində həbs-qətimkan tədbiri müddətinin daha 3 ay uzadılması ilə bağlı qərar verib.