Xəbər lenti

Nazir özünə yeni müşavir təyin etdi  (FOTO)
Ölkə07:03 06.12.2021

Nazir özünə yeni müşavir təyin etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. 
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə nazir Muxtar Babayev əmr imzalayıb. 
Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib. 
O, nazirin müşaviri təyin olunub. 
ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib:
"Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.
Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.