Xəbər lenti

Bakıda ən çox yoluxma bu rayondadır
Ölkə13:45 13.12.2021

Bakıda ən çox yoluxma bu rayondadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt üzrə koronavirusa yoluxma ən yüksək göstərici yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür.
Qaynarinfo xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 %-lə Sabunçu, 11,7 % Yasamal, 8,5 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
Ölkədə virusa yoluxanların 49,9 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13,7 %, Aranda 13,6 %, Gəncə-Qazaxda 8,1 %, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8 %, Lənkəranda 2,6 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,7 %, Naxçıvan Muxtar Respublikasında 0,6 %-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.