Xəbər lenti

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Ölkə14:41 25.12.2021

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bu gün koronavirus infeksiyasına 501 yeni yoluxma faktı qeydə alınıb, 1092 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
15 nəfər COVID-19-dan dünyasını dəyişib.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 26 436 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, "buster” doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə 4 659 458 nəfər təşkil edir.
Ümumilikdə isə 1 388 230 "buster” doza vurulub.