Xəbər lenti

Peyvənd olunanların sayı açıqlandı
Ölkə18:55 01.01.2022

Peyvənd olunanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya bildirilib ki, bir gündə 77 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 271 təşkil edir.