Xəbər lenti

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Ölkə17:38 26.02.2022

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 512 yeni yoluxma faktı qeydə alınıb, 3 698 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 20 nəfər COVID-19-dan dünyasını dəyişib.
Bu gün koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 026, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 667, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 25 274 olub. Pozitiv nəticədən sonra "buster” doza üzrə vaksinasiya olunanların sayı 1 542 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 957 147, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 297 076, ikinci mərhələ üzrə 4 783 478 nəfər təşkil edir. Bundan başqa, 3 və daha çox doza vaksinasiya olunanların ümumi sayı 2 673 818 nəfər, pozitiv nəticədən sonra "buster” doza ilə vaksinasiya olunanların ümumi sayı 202 775 nəfər təşkil edir.