Xəbər lenti

Son sutkanın yoluxma statistikası açıqlandı
Ölkə11:35 27.02.2022

Son sutkanın yoluxma statistikası açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 041 yeni yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 785 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 764 283 nəfər müalicə olunaraq sağalıb, 9 400 nəfər vəfat edib, aktiv xəstə sayı 11 618 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 849, ötən müddət ərzində isə 6 551 104 ümumilikdə test aparılıb.