Xəbər lenti

Son sutkanın yoluxma statistikası
Ölkə14:43 08.03.2022

Son sutkanın yoluxma statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.
Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək isə 6 607 460 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 16 815 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 150, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 718, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 016 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 474, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 788, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 606 təşkil edir.