Xəbər lenti

DİN sürücülərə xəbərdarlıq etdi
Ölkə09:50 13.03.2022

DİN sürücülərə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağa vermək, yaxud əlçatan etmək cinayətkara fürsət yaradır. Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər.
Qaynarinfo xəbər beror ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev bildirib.
"Bundan başqa, hər hansı əşyanı avtomobilin içərisində görünən yerdə saxlamaq diqqət cəlb edə bilər. Bunlar viktimologiyadır", - DİN rəsmisi qeyd edib.