Xəbər lenti

Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkə11:12 15.04.2022

Azərbaycan əhalisinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 8 098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 164 464 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil edib.