Xəbər lenti

Azərbaycan çempionu müəyyənləşdi
İdman18:51 20.04.2022

Azərbaycan çempionu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünə yekun vurulub. 
Qaynarinfo xəbər verri ki, 4 dövrəlik çempionatın sonuncu - XX turunun oyunları bu gün "Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Günün ilk matçı "Neftçi” və "Murov” komandaları arasında olub. Görüşün qalibi tay-brekdə müəyyənləşib. "Murov”u 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12) hesabı ilə məğlub edən "Neftçi” çempionatı qələbə ilə başa vurub.
Turun və mövsümün son matçında isə "Sərhədçi” MOİK-lə üz-üzə gəlib. Oyun "Sərhədçi”nin 27:25 hesablı üstünlüyü ilə başlasa da, MOİK sonrakı setlərdə qalib gəlib - 25:12, 25:23, 25:13. Rəqibini 3:1 hesabı ilə məğlub edən Eldar Əliyevin komandası son duelindən 3 xalla ayrılıb. 
Beləliklə, "Murov” 42 xalla Yüksək Liqanın çempionu tituluna yiyələnib. Onlardan 5 xal az toplayan "Neftçi” gümüş medala sahib olub. MOİK isə 28 xalla "üçlüy”ü qapayıb. 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan "Sərhədçi” 4-cü, "Ekspress” isə beşinci pillədə qərarlaşıb. 
İlk "üçlük”də yer alan klublara medal və diplomlar aprelin 23-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq  2021/2022 mövsümünün bağlanış mərasimində təqdim ediləcək.
Səbuhi Həsənov