Xəbər lenti

2035-ci ildə Bakının əhalisinin sayı bu qədər olacaq
Ölkə08:19 22.12.2016

2035-ci ildə Bakının əhalisinin sayı bu qədər olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2035-ci ilədək Bakının əhalisi 4 milyon nəfərə çatacaq. 

Bunu Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Planlaşdırma İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.

O bildirib ki, planın özü əhalinin yerləşdirilməsi və məşğulluğunun təşkili, yeni istirahət zonalarının yaradılması, eləcə də Bakının inkişaf pespektivlərini nəzərdə tutur.

İ.İsbatovun sözlərinə görə, şəhərin mərkəzi hissəsində gərginliyi azaltmaq üçün yüklənməni Ələt qəsəbəsinə keçirmək nəzərdə tutulur:

"Planlara əsasən, Ələt qəsəbəsinin 2035-ci ilədək 200 mindən çox əhalisi olan şəhərə çevirmək nəzərdə tutulur".

"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır".

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, plana əsasən, Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı gözlənilir.

"Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq", - deyə direktor əlavə edib.

Qaynarinfo.Az