Xəbər lenti

22 azərbaycanlı tələbə Moskva hökumətinin təqaüdünü alacaq
Ölkə16:36 02.10.2014

22 azərbaycanlı tələbə Moskva hökumətinin təqaüdünü alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 2-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan ali məktəblərinin rus dilində təhsil alan tələbələri üçün Moskva hökuməti tərəfindən ayrılan təqaüdlər üzrə Qəyyumlar Şurasının iclası olub. 

 Qəyyumlar Şurasının tərkibinə rusiyalı həmvətənlər təşkilatlarının və Azərbaycanın elmi mərkəzlərinin nümayəndələri daxildir. Moskva şəhəri Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin nümayəndələri Vadim Tımçik və Tatyana Polinyaka məxsusi olaraq bu münasibətlə Moskvadan Bakıya gəliblər. Bu, onların Azərbaycana ilk səfəri deyil. İclası Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin aparıb.

Respublikanın 9 ali məktəbində təhsil alan 22 azərbaycanlı tələbəyə bir tədris ili müddətində təqaüdlərin vaxtının uzadılması və yeni təqaüdlər təyin olunması barədə qərar qəbul edilib.

Qafqazinfo