Xəbər lenti

22 ildir itkin düşən adam maaş alıb - Yalnız Azərbaycanda
Ölkə19:30 16.08.2015

22 ildir itkin düşən adam maaş alıb - Yalnız Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsmayıllı rayonunda 10 ildən sonra inanılmaz fırıldaqçılığın üstü açılıb. Bu barədə "Azadlıq" qəzeti yazır. 
Məlumata əsasən, 1993-cü ildə Qarabağda döyüşlərdə itkin düşən Təyyar Məmmədovun adına 8 ildən artıq idi ki, əməkhaqqı hesablanırdı.
Fırıldaqçılığın üstü itkin düşən Təyyarın həyat yoldaşı Ürbabə Məmmədovanın təqaüdə çıxmaq ücün aidiyyəti orqana müraciət etdərək həyat yoldaşının əmək kitabçasını tələb etdikdən sonra açılıb.
Əmək kitabçası tapılanda məlum olub ki, 1993-cü ildə itkin düşən Təyyar Məmmədovun adı 2001-ci ilə qədər İsmayıllı rayon Sulut kənd kitabxanasının müdiri vəzifəsində gedib.
Bu pulların kimin tərəfindən haqsız olaraq mənimsənildiyi hələlik məlum deyil.
Qeyd edək ki, İsmayıllı Rayon Məhkəməsinin 12 mart, 2001-ci il tarixli qərarı ilə Təyyar Mahmudova şəhidlik statusu verilib.
Qaynar.info