Xəbər lenti

22 yaşlı polis əməkdaşı ağır qəzada öldü (FOTOLAR)
Ölkə05:53 16.01.2022

22 yaşlı polis əməkdaşı ağır qəzada öldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.
Belə ki, "VAZ-21015” markalı avtomobillə "Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində "Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.//Qafqazinfo.az