Xəbər lenti

235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olundu
Ölkə14:47 12.07.2020

235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün daha 235 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.
APA nın verdiyi məlumata görə, bu gün Moskvanın "Domodedovo" hava limanında 235 Azərbaycan vətəndaşı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva-Bakı reysi ilə vətənə yola salınıb. 
Yerli vaxtla saat 16.00-da Moskvadan havaya qalxan təyyarə saat 20.00-da Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına enəcək.