Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən "Bravo" marketən müştəri qismində daxil olan şəxs oğurluq edib.
Qaynarinfo-nun məlumatına görə, Abbas (şərti) adlı şəxs market müştəri qismində daxil olaraq, vitrindən 24 ədəd antiperspirant oğurlayıb.
O, "Bravo"ya ümumilikdə 165 manat 60 qəpik ziyan vurub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirən şəxs Cinayət Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 1 ay müddətində inzibati qaydada həbs edilib.
Əhməd