Xəbər lenti

24 saat yayımlanacaq təhsil televiziyası yaranmalıdır - Ekspert
Ölkə09:25 05.10.2020

24 saat yayımlanacaq təhsil televiziyası yaranmalıdır - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu gün təhsil şagirdlərin repetitor müəllimlərə ödədiyi pulların üzərindədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Kamran Əsədov qeyd edib ki, hazırda vəziyyətlə bağlı internetin olmaması təhsilin əlçatanlığına ciddi şəkildə zərbə vurur:

"Düzdür, bunun alternativi olaraq tele-dərslər var. Amma tele-dərslər effektli deyil və burada bir həftə ərzində iki fənn keçirilir. Nəzərə alsaq ki, bir şagird məktəbə getmir, interneti də yoxdur, həftədə iki dəfə tele-dərs izləməlidir. Onda da bir həftənin bütün proqramını yox, ancaq cətin mövzular əhatə olunur. Bu mövzuları isə şagird deyil, müəllim müəyyənləşdirir. Hazırda bütün təhsil valideynlərin çiyinlərində, şagirdlərin repetitor müəllimlərə ödədiyi pulların üzərindədir”.

Ekspert təəssüf hissi ilə bildirib ki, Təhsil Nazirliyi tam proqramı ortaya qoya bilməyib:

"Çünki yeni təhsil sisteminə keçmişik. Bunu köhnə dərsliklərlə keçmək lazım deyil. Bu gün təhsil ikili formada keçirilir. Kimin ki məktəbə getmək imkanı var, o proqramı tam mənimsəyəcək, kimin ki məktəbə getmək imkanı yoxdur, onlar mənimsəməyəcək. Kiminsə valideynlərinin maddi imkanı var, onlar hazırlıqlara gedəcək, kiminsə imkanı yoxdur, onlar bundan məhrum olacaq. Bu gün Mədəniyyət Kanalında yayımlanan təhsil verilişləri effektli deyil, dərslər tam şəkildə əhatə olunmur. Orada müəllim bir həftənin dərs yükünü 15 dəqiqəyə qısa şəkildə deyir. Mövzunu keçən şagird isə buradan heç nə əldə edə bilmir”.

Ekspert 24 saat yayımlanacaq təhsil televiziyasının yaranmasına ehtiyac olduğunu qeyd edib:

"Bütün siniflər üzrə hər gün dərsləri izah edə biləcək kanal açılmalıdır”.

Bahar Rüstəmli