
DÇ-2018-in Afrika seçmə mərhələsi çərçivəsində baş tutan Nigeriya - Misir oyunu ajiotajla yadda qalıb.
Qaynar.info apasport.az-a istinadən xəbər verir ki, matça stadionun tutumunun 2 qatı qədər azarkeş gəlməsi maraqlı görüntülər yaradıb.
Belə ki, Nigeriyanın Kaduna ştatının 25 minlik "Ahmed Bello" stadionuna təxminən 40 minə yaxın adam toplaşıb.
Buna səbəb isə Kadunanın qubernatoru Naser El-Rufayın bütün biletləri alması və oyuna girişi sərbəst etməsi olub.
Qaynar.info

